05 May 2016
May 5, 2016

Avromed yenə birincidir

0 Comment

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının xeyriyyə məqsədilə təşkil etdiyi futbol çempionatında şirkətimizin komandası 1-ci yeri tutub və çempionatın kubokunu qazanıb.

Şirkətin baş direktoru Əzizə Baxşiyeva komandanın üzvləri ilə görüşərək kubok və diplomları futbolçulara təqdim edib. Görüş zamanı Əzizə xanım şirkətin adını yüksəklərə qaldırdığı üçün futbolçulara və idmanın inkişafında rolu olan şöbə müdirlərinə təşəkkürünü bildirdi, idmançılarımıza daima dəstək olacağını xüsusilə vurğuladı.  Baş direktor qeyd etdi ki, biz insanlara sağlamlıq bəxş etməklə yanaşı sağlamlığın rəhni olan idmana da böyük önəm veririk. Çünki biz sağlamlıq şirkətiyik.

13152816_1278606388836219_378311657_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *