Əməyin mühafizəsi

“Avromed Company” QSC-nin əməyin mühafizəsi və təhlükəsizlik siyasəti dövlətin bu sahədə mövcud strategiyasına ve qanunvericiliyin tələblərine  tam uyğun şəkildə hazırlanaraq qəbul edilmişdir.   Şirkətin əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində apardığı siyasət əsas etibarı ilə aşağıdakıları əhatə edir:

  • Əməkdaşların əmək məhsuldarlığının artırılmasına imkan verən təhlükəsiz iş şəraiti ilə təmin olunması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi, onların tələblərinə ciddi riayət olunmasına nəzarətin təmin edilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının daim müvafiq dövlət və beynəlxalq standartlara cavab verən səviyyədə saxlanılması;
  • Maşın ve avadanlıqların etibarlılığının artırılması, təhlükəsiz və qəzasız şəraitin təmin olunması hesabına işin keyfiyyətinin yüksəldilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə yarana biləcək mümkün problemlərin müəyyən edilərək aradan qaldırılmasına yönəlmiş tədbirlərin hazırlanaraq həyata keçirilməsi;
  • Şirkətin obyektlərində müasir texnologiyalar tətbiq etməklə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi.