Fəaliyyətimiz

AvromedAvroMed dünyanın aparıcı əczaçılıq şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycana idxal olunması və bütün ölkə ərazisində  müxtəlif kateqoriyalardan olan alıcılara  çatdırılması ilə məşğul olur. Şirkətin ən müasir standartlar əsasında  qurulmuş və bütün ölkə ərazisini əhatə edən çevik daşınma şəbəkəsi bu işin öhdəsindən tez və keyfiyyətlə gəlməyə imkan yaradır.

Şirkətə daxil olan bütün sifarişlər telefon, faks və ya  internet vasitəsilə qəbul edilir, xüsusi təchiz edilmiş avtomobillərlə ən qısa müddətdə müştərilərə çatdırılır. Avromed şirkətinin müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanaları, 200-ə yaxın özəl klinikalar, 100-dən çox gözəllik və sağlamlıq mərkəzləri,  idman federasiyaları və klubları, və təqribən 2000 aptek və digər qurumlar daxildir. Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Leyla Şıxlinskayanın Klinikası, MediClub kimi tanınmış səhiyyə ocaqları, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyin, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Ədliyyə Nazirliyin və bir sıra dövlət qurumları nəzdində olan müalicə müəssisələri də Avromed şirkətinin müştəriləridir. Biz tarixdə ilk dəfə keçirilən 2015 Avropa Oyunlarının rəsmi təchizatçısı olmuşuq.

Avromed şirkəti öz peşəkar fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqla bərabər cəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial öhdəlikləri də uğurla həyata keçirir. Şirkət fəaliyyət göstərdiyi bütün müddət ərzində paytaxtda və ölkənin digər şəhərlərində dəfələrlə humanitar aksiyalar həyata keçirmiş, donorluq hərəkatının təşəbbüsçüsü və təşviqatçısı olmuşdur. Ölkənin müxtəlif bölgələrində hepatit, hemofiliya, talassemiya və həmçinin müxtəlif göz xəstəliklərinin aşkarlanması üzrə əhalinin pulsuz müayinəsini təşkil etmiş və bu xəstəliklərin müalicəsində vətəndaşlara maddi və mənəvi dəstək göstərmişdir. Avromed şirkəti elm, təhsil və mədəniyyət sahəsində çalışan insanların müraciət və təşəbbüslərini dəstəkləyir, mütəmadi olaraq sponsorluq fəaliyyəti göstərir.