Struktur

 

Baş Direktor – Əzizə Baxşiyeva

Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Milli Onkologiya Mərkəzində intern-stajor kimi çalışıb. Staj dövrü başa çatdıqdan soran  “GlaxoSmithKline” (GSK) şirkətinin Azərbaycan ofisində tibbi nümayəndə, daha sonra brend menecer vəzifələrində işləyib. 2009-20013-cü illərdə  “AstraZeneca” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru olub. İki  il şirkətimizdə  idxal direktoru kimi çalışdıqdan sonra 2015-ci ildə təsisçilərin qərarı ilə Baş Direktor vəzifəsinə təyin edilib.

 

Audit Direktoru – Zamik İslamov

Azərbaycan Dövlət Neft Akademiyasının MBA, Bakı Dövlət Universitetinin biofizika üzrə magistr məzunudur. 2006-cı ildən şirkətimizdə çeşidləyici, xəzinədar, auditor, analitika şöbəsinin müdiri vəzifələrində çalışıb. 2014-cü ildə Audit üzrə Direktor vəzifəsinə təyin olunub.

 

Maliyyə Departamentinin direktoru – Eltac Bayramlı

Xəzər Universiteti və ABŞ-ın Viskonsin VaytVoter Universitetinin Maliyyənin İdarəolunması və Mühasibatlıq fakültəsinin məzunudur. Peşəkar karyerasına Parabank ASC-də Risklərin İdarəolunması Departamentinin aparıcı mütəxəssisi, daha sonra Beynəlxalq Əlaqələr Departamentinin baş mütəxəssisi kimi başlamışdır. 2010-2014 illər aralığında dünyanın 4 ən nüfuzlu audit şirkətlərindən biri olan Ernst and Young Holdings CIS B.V-nin Baş Audit Eksperti vəzifəsində çalışmış və Mədən-Filiz, Metallurgiya, həmçinin Neft və Qaz sahələrinin maliyyə-təsərrüfat yoxlanışları üzrə ixtisaslaşmışdır. Garant Holding MMC-nin Daxili Audit Departamentinin Direktoru və Audit Komitəsinin üzvü vəzifəsində çalışmış və 2015-ci ildən etibarən Garant İnşaat Sənaye MMC-nin İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir. 2016-ci ilin dekabrından şirkətimizdə çalışır.

İdxal üzrə direktor   – Vəfa Qasımova

BDU-nun biologiya fakultəsinin məzunudur. Universiteti bitirdikdən sonra Asfarma, Sanovel şirkətlərinin nümayəndəliklərində, daha sonra marketinq sahəsində işləyib.

2010-ci ildən şirkətimizdə çalışır. Bu illərdə Amerika və Avropa üzrə ideal meneceri,  Yerli Alış şöbəsinin  müdiri vəzifələrində fəaliyyət göstərib. 2016-cı ildə İdxal Direkrotu vəzifəsinə təyin edilib.

 

Baş Direktorun İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə Müavini   – Şəhla Mahmudova

ABŞ-ın Sirakuz Universiteti Məksvel Məktəbinin məzunudur. Universiteti bitirdikdən sonra stajor kimi Amerika Yəhudi Komitəsinin Vaşinqton şəhərində yerləşən `Hökumətlər və Beynəlxalq Əlaqələr` idarəsində tanınmış diplomatlarla çalışıb. 10 ildən artıq müddətdə ABŞ-ın Seçki Sistemləri üzrə Beynəlxalq Fond təşkilatında müxtəlif layihələrə rəhbərlik edib. Təşkilatın bir sıra nəşrlərinin həmmüəllifidir. 2011-ci ilin dekabrından şirkətimizdə çalışır.

ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının üzvüdür.

 

Baş Direktorun Ümumi Məsələlər üzrə Müavini   – Təranə Əliyeva

Azərbaycan Dövlət Dillər Universitetinin   məzunudur. Universiteti bitirdikdən sonra   57 saylı orta məktəbdə ingilis dili müəllimi, İsrail səfirliyində ofis meneceri,  “GlaxoSmithKline” (GSK) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində region üzrə (Azərbaycan və Gürcüstan)  distribusiya və logistika menecerı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından şirkətimizdə çalışır.

Bakı Pərakəndə Satış İdarəsinin Müdiri- Vüsal Aşirov

2 Nömrəli Baza Tibb Kolleci və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətini Sərhəd Qoşunlarında Hərbi Həkim vəzifəsində çalışaraq başa vurub. 10 ilə yaxın “Odlar Yurdu-95” əczaçılıq firmasının  satış şöbəsində çalışıb. Uzun illər “Paşa-K” əczaçılıq firmasında Satış Müdiri vəzifəsində çalışıb. 2012- ci ildən şirkətimizdə çalışır.

 

Regional Satış Şöbəsinin Müdiri – Qasım Abdullayev

Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsini bitirib. 2002-ci ilədək müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərib. 2002-ci ildən 2014-cü ilədək Avromeddə direktor müavini, İmeks MMC-də Satış şöbəsinin müdiri,  Audit Departamentinin Direktoru kimi rəhbər vəzifələrdə çalışıb. 2014-çü ildə şirkətimizdə Regional Satiş İdarəsinin müdiri vəzifəsində təyin olunub.

LOGİSTİKA ŞÖBƏSİ AUDİT ŞÖBƏSİ BAŞ DİREKTORUN ƏM VƏ TT ÜZRƏ MÜAVİNİ ÜMUMİ ŞÖBƏ HÜQUQ ŞÖBƏSİ DİREKTORLAR ŞURASI BAŞ DİREKTORUN MÜAVİNİ BAŞ DİREKTORUN MÜAVİNİ BAŞ DİREKTOR MÜHAFİZƏ XİDMƏTİ 3 N-li İDXAL ŞÖBƏSİ (AVROPA, ASİYA VƏ AMERİKA) 2 N-li İDXAL ŞÖBƏSİ (MDB ÖLKƏLƏRİ) ÜMUMİ YIĞINCAQ ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI XİDMƏTİ İNSAN RESURSLARI ŞÖBƏSİ ANALİTİKA VƏ STRATEJİ ARAŞDIRMALAR ŞÖBƏSİ MƏRKƏZİ ANBAR ƏMƏLİYYAT ŞÖBƏSİ IT ŞÖBƏSİ TƏSƏRRÜFAT ŞÖBƏSİ XƏZİNƏ MÜHASİBAT XƏSTƏXANALARA VƏ DÖVLƏT QURUMLARINA SATIŞ ŞÖBƏSİ TENDER SATIŞI ŞÖBƏSİ TOPDANSATIŞ ŞÖBƏSİ REGİONAL SATIŞ İDARƏSİ BAKI PƏRAKƏNDƏ SATIŞ İDARƏSİ İADƏ ŞÖBƏSİ MƏDAXİL ŞÖBƏSİ DƏRMAN PREPARATLARININ QEYDİYYATI ŞÖBƏSİ MARKETİNQ ŞÖBƏSİ 1 N-li İDXAL ŞÖBƏSİ (YERLİ) İDXAL ÜZRƏ DİREKTOR SATIŞ ÜZRƏ DİREKTOR AUDİT ÜZRƏ DİREKTOR MALİYYƏ ÜZRƏ DİREKTOR MTT ÜZRƏ DİREKTOR