Fərid bəy həm Böyük Britaniyada, həm də Azərbaycanda pərakəndə biznes sahəsində güclü təcrübəyə malik təcrübəli peşəkardır. Azərbaycan Neft Akademiyasının və Böyük Britaniyanın London şəhərində yerləşən Şərqi Kroydon Kollecinin məzunu olan Fərid bəy 2022-ci ilin aprel ayından Avromed Company QSC-də Əməliyyatlar üzrə Direktor vəzifəsinə, 2022-ci ilin iyul ayından isə Əməliyyatlar üzrə Baş Direktor vəzifəsinə təyin olunmuşdir.
Daha əvvəl pərakəndə satış sektorunda 20 illik peşəkar təcrübəyə malik olan Fərid bəyin əsasən də Azərbaycan Supermarket LTD/Bravo-da işlədiyi müddətdə müxtəlif vəzifələrdə çalışaraq qazandığı təcrübə onun şirkətimizdə Əməliyyatlar üzrə Direktor vəzifəsinə qədər yüksəlməsi ilə nəticələnmişdir.
Fərid bəyin strateji baxış formalaşdırmaq, əməliyyat mükəmməlliyi sahəsində ustalıq bacarığı və pərakəndə satış sektorunda daim inkişafa can atması təşkilatımızın uğur qazanmasına və biznesimizin daim irəliləməsinə davamlı töhfə verir.