Haqqımızda
“Avromed Company” QSC-nin məqsədi Azərbaycanda əczaçılıq sektorunu ictimai sağlamlığa və ölkə vətəndaşlarının hər birinin rifahına töhfə vermək istiqamətində dünya səviyyəsində yüksəltmək üçün geniş spektrli həlli yollar təqdim etməkdir.
2002-ci ildə yarandığı gündən bəri Avromed dünyanın 40-dan çox ölkəsində 200-dən artıq tədarükçü ilə yüksək səviyyəli tərəfdaşlıq əlaqələri qurmuşdur. Bu gün biz Pfizer, Novartis, Roche, Sanofi, Abbot, Alcon, Berlin-Chemie, Novo Nordisk, Eli Lilly, Stada və dünyanın bu kimi başqa ən tanınmış brendləri və aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edirik. Yaxşı təşkil olunmuş işimiz sayəsində Azərbaycanın bütün bölgələrinə ən keyfiyyətli və innovativ sağlamlıq məhsullarının fasiləsiz çatdırılmasını təmin edə bilirik.
Bu gün Avromed 2000-dən artıq aptek, klinika və xəstəxanaya gün ərzində 17.000-dən çox məhsul tədarük etməklə, ölkə üzrə ən böyük logistika və distribüter şəbəkəsinə malik bazar liderlərindən biridir. Fəaliyyətimizin əsasını paytaxt Bakıda 10.000 kvadrat metrdən çox ərazini əhatə edən və sifarişlərin icrasını ən qabaqcıl şəkildə həyata keçirən yeni müasir anbar təşkil edir.
Azərbaycanın ən böyük və mötəbər müəssisələrindən biri kimi tanınan Avromed Company QSC ölkənin əczaçılıq sektoruna verdiyi töhfələrə görə müxtəlif milli mükafatlarla təltif edilmişdir.