Kamran bəy 2022-ci ilin fevral ayında Avromed Company QSC-yə Baş İcraçı Direktor kimi qoşulmuş, Marketinq, Kommersiya Strategiyası və Ümumi İdarəetmə sahəsində böyük təcrübəyə malik ixtisaslı icraçıdır.
O, Türkiyənin İstanbul şəhərindəki Boğaziçi Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra təcrübəsini təkmilləşdirərək Azərbaycanda Xəzər Universitetində İqtisadiyyat sahəsində Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsi qazanmışdır.
Karyerasına “Coca-Cola” şirkətində başlayan Kamran bəy burada 24 il müxtəlif mühüm vəzifələri icra etmiş, eyni zamanda Türkiyə, Qazaxıstan və Ukrayna kimi bazarlarda çətin şəraitdə əməliyyatların idarə edilməsi təcrübəsinə də yiyələnmişdir.
İdarəetmə bacarığı, innovativ düşüncə tərzi və effektiv iş mühiti yaratmaq imkanları ilə tanınan Kamran bəy güclü liderlik sayəsində komandanın istehsalçılıq qabiliyyətini artırmağın, eləcə də gəlir və mənfəətin davamlı artımına nail olmağın mümkünlüyünə inanır.