Müxtəlif sənaye sahələrində sübut edilmiş təcrübəyə malik dinamik maliyyə meneceri Samir bəy 2022-ci ilin may ayında Avromed Company QSC-də Baş Maliyyə Direktoru vəzifəsinə təyin olunmuşdur.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır.
ACCA-nın ixtisaslı üzvü kimi o, Azersun, Pasha Construction, Agro Dairy və Azerbaijan Supermarket/Bravo kimi mötəbər təşkilatlarda işləmiş, maliyyə komandalarına rəhbərlik etmiş və karyerasında uğur qazanaraq Baş Maliyyə Direktoru vəzifəsinədək yüksəlmişdir.
Samir bəyin güclü işgüzarlıq qabiliyyəti, geniş sənaye anlayışı, biznes modelləşdirmədə məharəti və yerli bazardakı vəziyyət barədəki bilgiləri onu ümumilikdə çətin maliyyə mühitində problemlərin öhdəsindən gələ bilən və uzaqgörən baxışları ilə uğura aparan müstəsna liderə çevirir.