Süleyman Vəzirov

Süleyman bəy Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və karyerası bank, səhiyyə və tikinti sektorlarını əhatə edir. Müxtəlifyönümlü təcrübəsi sayəsində Süleyman bəy Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilən HİV/QİÇS və Malyariya ilə Mübarizə Proqramları üzrə Layihələr Koordinasiyası Bürosuna töhfələr verməklə yanaşı, “North West Construction Group”da İcraçı Direktorun və Gürcüstan üzrə Menecerin müşaviri kimi böyük rol oynayır. 

2021-ci ilin dekabr ayında Avromed Company QSC-yə Kommersiya Direktoru kimi qoşulan Süleyman bəy maraqlı tərəflərlə əlaqələrin idarə olunmasında və şirkət üçün daha geniş biznes imkanlarının açılmasında aktiv olduğunu tez bir zamanda sübut etdi. 2022-ci ilin aprel ayında o, Dövlət təşkilatları ilə əlaqədar və kommersiya üzrə baş direktor vəzifəsinə təyin edilmişdir. 

Layihə rəhbərliyi və cəmiyyətin rifahının yüksəldilməsi öhdəliyi ilə bağlı əvəzolunmaz ideyaları ilə Süleyman bəy şirkətimizin strateji təşəbbüsləri vasitəsilə səhiyyə sektorunda effektiv nəticələr əldə etmək sahəsində mühüm rola malikdir. 

Süleyman Vəzirov

Dövlət təşkilatları ilə əlaqədar və kommersiya üzrə baş direktor