Avtonəqliyyat vasitələrinin illik servisi
Tenderin elan olunması 22.04.2025
Sualların göndərilməsi üçün son tarix 12.05.2025 saat 14:00 (cavablar eyni gün ərzində bütün iddiaçılar ilə bölüşüləcəkdir. Qeyd olunan tarixdən sonra göndərilən suallar cavablandırılmayacaq)
Tender təkliflərinin göndərilməsi üçün son tarix 16.05.2025 saat 16:00
İlkin qiymətləndirmə 20.05.2025
Danışıqların yekunlaşdırılması 26.05.2025
Müqavilənin imzalanması (ehtimal olunan) 02.06.2025
Layihənin Təsviri:
Tələb olunan mallar (xidmətlər) üçün Sifarişçi tərəfindən təqdim olunan siyahı əsasında İddiaçı təklif hazırlamalıdır. Maliyyə və texniki cəhətdən ən uyğun təklif(lər) əsasında Sifarişçi müqavilə bağlayacaq və mallar sifariş ediləcək.
Tələb olunan malların (xidmətlərin) keyfiyyət və zəmanət şərtləri:
- İddiaçı təklif etdiyi xidmətin keyfiyyətinə zəmanət verməlidir.
- Zəmanətin təmin olunması İcraçı tərəfindən həyata keçirilməlidir.
- Sifarişçi görülmüş işlər üzrə keyfiyyət və kəmiyyət üzrə yoxlamaların aparılması üçün üçüncü şəxsə müraciət etmək hüquqlarını özündə saxlayır.
- Təmin olunacaq xidmətlər müvafiq yerli və beynəlxalq standartlara cavab verməlidir.
- Mallar (xidmətlər) üçün Qanunveriliyin tələblərinə əsasən hər hansı bir Lisenziya tələb olunduqda İddiaçı tələbləri yerinə yetirməyə öz üzərinə götürür.
- İddiaçı Qanunverilik tələblərinə uyğun olaraq tələb olunduqda Sifarişçi adından bütün icazələri alınmasını təmin etməlidir.
İddiaçı yuxarıda qeyd olunan meyarlar ilə tanış olduğunu təsdiq edir və bəyan edir ki, o, seçildiyi təqdirdə, həmin meyarlar müqavilədə əks olunacaq.
Adı |
|
Vəzifəsi |
|
Tarix |
|
İmza |
|
Oxşar xəbərlər