Sara Cavlalova

25 il müddətində “Philip Morris International” şirkətində fəaliyyət göstərən Sara xanım Azərbaycana qayıtdıqdan sonra 2022-ci ilin may ayında İnsan Resursları üzrə Baş Direktor kimi Avromed Company QSC-də işə başlamışdır. 

Azərbaycan Dillər Universitetini bitirən və Global Remuneration Professional Certification (GRP) sertifikatına  sahib olan Sara xanım  Avropa, Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyanın coğrafiyasını əhatə edən müxtəlif biznes mühitlərində İnsan Resursları üzrə peşəkar kimi tədricən irəliləmişdir.

İnklüziv və birgə təşkilatçılıq mədəniyyətini inkişaf etdirməyə can atan Sara xanım təşkilati ideyaları və liderliyə təcrübi yanaşmasının köməkliyi ilə strateji təşkilati təşəbbüslər irəli sürərək daim missiyamızı yüksəltməyə hazırdır.

Sara Cavlalova

İnsan resursları üzrə baş direktor